Ərdoğan son nöqtəni qoydu - "Suriyanın Türkiyə ilə sərhədində yeni dövlət qurulmasına icazə verməyəcəyik"

27-06-2015, 14:01           
Ərdoğan son nöqtəni qoydu - "Suriyanın Türkiyə ilə sərhədində yeni dövlət qurulmasına icazə verməyəcəyik"
Türkiyə prezidenti Tayyib Ərdoğan Suriyada baş verən olaylardan danışıb.

Avropa.info xəbər verir ki, Ərdoğan Türkiyə ilə sərhəddə yerləşən Suriya ərazilərində yeni bir kürd dövlətinin qurulmasına əsla razı olmayacaqlarını deyib.


"Türkiyənin cənub sərhədində son dörd ildir yaşadıqlarımız ortadadır . Avropanın laqeydliyi də hər kəsin gözü qarşısındadır. Qərb yanımıza gəldiyi zaman bizi tərifləyir, amma siz də bir yardım edin deyildiyi zaman yox. Qaçqın katerlərinin batmasına göz yummaqla öz ölkənizin halınızı yaxşı saxlaya bilməzsiniz.

Sonuna qədər bu şəkildə davranacağıq, kimsənin şübhəsi olmasın. Bu insanlıq dramının bütün yükünü Türkiyə öz üzərinə götürüb. Suriyaya silah göndərənlərin, bomba göndərənlərin bu yoxsullara zərrə qədər dəstəyi varmı ? Yox. Bunun bədəlini gec-tez ödəyəcəklər.

Kobanidəki hadisələri bəhanə edənlər oktyabrda Türkiyədə olaylar çıxardılar və 50 nəfər həyatını itirdi. Yenə eyni şəhərdə hadisələr baş verir və həmin dairələr Türkiyəni qarışdırmağa çalışır.

Utanmadan, çəkinmədən "terrorçu Türkiyə" deyə tvit atanlara müraciət edirəm: Sizdə ləyaqət varsa, şərəf varsa, Kobanidən qaçanlara qucaq açan ölkəyə siz necə terrorçu deyirsiniz ?

Sizlərdə ləyaqət varsa Kobanidən gələnləri ölkəsində saxlayanlara "terrorçu" demə haqqını haradan alırsınız?

Türkiyə Suriyadakı azadlıq mübarizəsinə əlbəttə, dəstək verir. Amma bunu edərkən terrorçularla bir araya gəlmir. Türkiyəni heç kəs onlarla yanaşı göstərə bilməz.

Yardım TİR-larına basqın edənlərin kim olduqlarını indi hər kəs çox açıq bir şəkildə görür. Bayırbucak türkmənlərinə gedən yardımın yolunu kəsənlərin kim olduqları bu gün açıq şəkildə ortadadır.

Suriyanın Türkiyə ilə sərhədində yeni bir dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik. Əvəzi nə olursa olsun, buna mane olacağıq. Biz bölgədəki demoqrafik quruluşun dəyişməsinə göz yummayacağıq.

Biz, Suriya və İraqda əmin-amanlığın bir an əvvəl təmin olunması məsələsində üzərimizə düşənləri edəcəyik."

Qeyd edək ki, Türkiyəni Suriya ilə sərhədindəki bəzi ərazilər PKK-nın əlinə keçib. Analitiklərin fikirincə, Qərb Suriyanın Türkiyə ilə sərhədində PKK-nın nəzarətində olan yeni kürd dövləti qurmaq fikirindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.