Burda türklərin kökünü kəsir, qızları zorlayır, məhv edirlər - Dünya şokda

30-06-2015, 21:53           
Burda türklərin kökünü kəsir, qızları zorlayır, məhv edirlər - Dünya şokda
10 milyon körpə ana qarnında qətlə yetirilib.

Şərqi Türküstanda türkləri qanında boğan Çinin dərdi nədir?

Hazırda dünyada ən böyük vəhşiliklərdən biri Şərqi Türküstanda yaşanır. Ramazan ayı müddətində daha da şiddətli hal alan təzyiqlər, Şərqi Türküstan vətəndaşlarına öz dini inancları ilə yaşamalarına nəinki mane olur, hətta hüquqi məsələləri də yox saymaqla onların yaşama haqları da əllərindən alınır.

Çin Xalq Respublikasının bu etdiyi açıq aşkar etnik soyqrımdır

Hazırdan Çin etnik soyqrım siyasəti yeritməklə, qadın, uşaq, yaşlı, cavan demədən, türklərə qarşı soyqrımı törədir. Vəhşiliklərinin mediada işıqlandırılmasına mane olmaq məqsədilə, türklərə baş verən dəhşətləri lentə alıb, dünyanın diqqətinə çatdırmağa çalışanlara da edam cəzası verir.

Türklərə qarşı törədilən vəhşiliyin sərhəddi yoxdur

Burada azğınlıq o həddə çatıb ki, türk qadınların uşaq doğması qadağandır. Türk qadınların körpələri abort edilir, hazırda doğulan körpələr isə Çin dövləti tərəfindən ana qucağından zorla alınaraq assimiliyasiya edilir. Şərqi Türküstan xalqına olmazın işgəncələr, zülmələr edən Çin dövləti, bu günə qədər 10 milyon körpəni ana qarnında qətlə yetirib. Mənbə: //www.change.org/p/.

Məqsəd isə, Çinin həyata keçirmək istədiyi nüfuz planıdır.

Bu planı “layiqincə” reallaşdırmağa çalışan Çin hakimiyyəti, məhəllə aralarında gəzən və hamilə qadınları dövlətə xəbərləyən çinlilərdən ibarət qruplar saxlayır. Sonra da hamilə qadın olan evlərə basqın edərək 7-8 aylıq körpələri də ana bətnindən söküb alırlar.

Şəhər mərkəzində tək övlad, ətraf ərazilərdə isə iki uşaq siyasəti adı altında insan soyqrımı törədən Çin dövləti, türk körpələri bu cür vəhşicəsinə qətlə yetirirlər.

Çində türk dilində danışmaq qadağandır

Bəli, Çində türk dilində - ana dilində danışmaq qadağası var. Çinlilərdən təşkil olunmuş qruplar türk qızlarının namusuna sataşır, baş verən hadisələrə isə Çin polisi müdaxilə etməyə belə həvəs göstərmir. Şərqi Türküstanlı gənc qızları məşğulluq bəhanəsiylə zəruri köçə tabe edərək ailələrindən zorla alınır. Çinin mərkəz bölgələrinə aparılan 500 gənc qız, bir qarın yeməyə işlədilib əxlaqsızlığa, olmazın işkəncələrə məruz qoyulur.

Çin əməllərini bu rənglərlə boyayır

İqtisadi və məşğulluq tədbirləri adı altında gizlədikləri əsl məqsədlərinə, dünyanın gözünü rəngləyib qırğınlarına davam edən Çin, rəsmi sayı 35 milyondan çox bir milləti tarixin səhnəsindən və coğrafiyadan silməyə çalışırlar.

Bu işkəncələrdən çinli uşaqlar da nəsibini alır. Qorxularından evlərindən çıxa bilməyən türkləri evdən çıxarmaq üçün elektrik enerjisi və suları kəsilir. Bu səbəbdən evindən çıxan türklər, yerli çinlilər tərəfindən ölümünə döyülür.

Dünya susur...

atv.az
Lənətə gəlsin içi biz qarışıq susan dünyuanı!!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.