Türk hakerlərdən Çinə zərbə

1-07-2015, 11:14           
Türk hakerlərdən Çinə zərbə
“Ayyıldız Tim” adlı türk haker qrupu Çin Xalq Respublikasına aid bir çox inzibati saytı dağıdıb. ANS PRESS-in məlumatına görə, haker qrupu Şərqi Türküstanda Çin zülümünə məruz qalan uyğur türklərinin intiqamını alıblar. Dağıdılan səhifələrdə isə belə bir qeyd yazılıb: “Şərqi Türküstanlı qardaşlarımızın yanındayıq”.

Qeyd edək ki, bir müddətdir dünya mətbuatında uyğur türklərinin müxtəlif şıkildə Çin dövlətinin zülmünə məruz qalması barədə xəbərlər yayılır. Belə ki, Çinin ərazisində yaşayan uyğur türklərinin namaz qılmasına və opruc tutmasına izn verilmir, həmçinin onlar məcburi ailə planlamasına məruz qalırlar.

Xatırladaq ki, bir müddət əvvəl türkiyəli futbolçu Alparslan Öztürkə Çin komandalarından biri transfer təklifi etmiş, Öztürk isə qazancının 10 faizini uyğur türklərinə vermək şərti ilə bu təklifi qəbul edə biləcəyini deyərək çinli futbolçuları əsəbləşdirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.