Türkiyə parlamenti ikinci turda da sədr seçə bilmədi

1-07-2015, 11:42           
Türkiyə parlamenti ikinci turda da sədr seçə bilmədi
Dünən yerli vaxtla saat 15:00-da toplaşan Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında Məclis sədri seçkisinin ilk iki turu keçirilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ilk və ikinci tur səsvermədə namizədlər yetərli səs (367) ala bilməyiblər.
3 və 4-cü turun səsvermələri sabah keçiriləcək.
İkinci turda Cümhuriyyər Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal birinci turdan fərqli olaraq 3 səs artıq toplayıb.
Beləliklə ikinci turun nəticələri:
İsmət Yılmaz (Ədalət və İnkişaf Partiyası): 256
Dəniz Baykal (Cümhuriyyət Xalq Partiyası): 128
Ekmələddin İhsanoğlu (Milliyyətçi Hərəkat Partiyası): 80
Dengir Mir Mehmet Fırat (Xalqların Demokratik Partiyası): 80
Xatırladaq ki, ilk turda səsvermənin nəticəsi belə olmuşdu:
İsmət Yılmaz (AKP): 256
Dəniz Baykal (CHP): 125
Ekmələddin İhsanoğlu (MHP): 81
Dengir Mir Mehmet Fırat (HDP): 81
Seçkidə 2 səs etibarsız sayılıb. Bu rəqəmlərə görə 545 deputat səs verib.
AKP-də 2 millət vəkili üzürlü səbəbdən seçkiyə qatılmayıb. Müvəqqəti Məclis sədri Dəniz Baykal da səs verməyib. AKP-nin namizədi İsmət Yılmaz səsverməyə qatılan partiyalı millət vəkillərinin hamısının səsini qazanmış görünür. HDP və MHP-nin namizədləri partiyalarının deputat sayından 1 səs artıq səs alıb. CHP-nin 132 millət vəkili olduğu nəzərə alınsa, Dəniz Baykal partiyasının vəkil sayından az səs alıb.
Onu da xatırladaq ki, Məclisdə AKP-nin 258, CHP-nin 132, MHP və HDP-nin hərəsinin 80 deputatı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.