Uyğur türklərinə qarşı edilən təzyiqlər ört-basdır edilir - Çin medianı işə saldı

4-07-2015, 22:52           
Uyğur türklərinə qarşı edilən təzyiqlər ört-basdır edilir - Çin medianı işə saldı
Uyğur türklərinə təzyiq tətbiq edən Çin medianı işə salıb.

Moderator.az -ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çinin ən böyük media şəbəkələrindən China Daily, bölgədə yaşayan müsəlmanlarla edildiyi iddia edilən müsahibələri yayımlayaraq ölkədə tolerantlığın hakim olduğunu vurğulayıb.

China Dailynin xəbərinə görə Çinin Sincan əyalətində Ramazan ayı çox normal keçir və çinli xalq müsəlmanların bu ibadətini anlayışla qarşılayır.

MÜSAHİBƏLƏRƏ YER VERDİLƏR

Dünyanın bir çox ölkəsində Çinin Uyğur türklərinə tətbiq etdiyi təzyiqlər xəbər halını alıb və etiraz nümayişləri təşkil edilərkən; Çinin ən böyük media şəbəkəsi olan China Dailynin yaydığı xəbər qarışıqlığa səbəb olub. Xəbərdə, bölgədə yaşayan müsəlmanlar ilə edildiyi iddia edilən müsahibələrə də yer verilib.

"RAMAZAN AYI ..."

Xəbərdə, Sincanın Uyğur bölgəsində yaşan Qazaxıstan mənşəli 63 yaşındakı Bahetikhan Gahep adlı qadının, bütün həyatı boyunca Ramazanlarda heç bir gün orucunu keçirmədiyi ifadə edilərək, "Ramazan ayı bədənin təmizləndiyi və sağlamlıq qazandığı bir aydır" sözləri çatdırılıb. Bahetikhan Gahepin gənc nəslin oruc tutmamasından şikayətləndiyi vurğulanıb.

Eyni xəbərdə Sincan Universitetinin şagirdi olan əfqanıstanlı Mohamed Gaderoghlinin də Ramazan ayının əvvəlindən bəri oruclarını tutduğunu söylədiyi yazılıb.

"NALİYYƏTLƏRİNDƏN NARAHATIQ"

Xəbərə görə, universitetin beynəlxalq şagird ofisi müdir köməkçisi Zhang Quansheng də müsəlman tələbələrin oruc tutmalarına hörmət göstərildiyini ifadə edib və "Biz yalnız tələbələrin dərslərindəki naliyyətlərinə mənfi təsir göstərməyindən narahatıq, çünki bəzi şagirdlər dərslərdə yatıb qalırlar. Ancaq biz buna bir şey demirik, çünki bu dini inanclarının bir hissəsidir" deyib .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.