Ankara Suruc hücumundan sonra İŞİD-ə qarşı iki istiqamətdə hücuma keçməyə hazırlaşır.
Axar.az xəbər verir ki, qərar partlayışla bağlı keçirilən iclasda verilib.
Plana görə, ilk növbədə İŞİD-in Türkiyədəki qolu zərərsizləşdiriləcək, ikinci istiqamətdə isə bu təşkilatlanmanı quran kritik adlar deşifrə ediləcək. Bununla da onların Türkiyədə fəaliyyəti əngəllənmiş olacaq.
Qeyd edək ki, dünən Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 32-ni, yaralıların sayı isə 100-ü keçib.