Dəmirtaşa deyilən söz - "Əxlaqsız siyasətiniz batsın!"
22-07-2015, 23:53
Partiya sədri olan Dəmirdaş kameralar önündə yalan danışıb, küçəyə çıxa bilirsə, ona deyəcək bir sözüm yoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Tvitter profilində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Mustafa Varank yazıb. O, Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaşın Suruçda baş verən terror aktı ilə bağlı çıxışına sərt münasibət bildirib:
“Partiya sədri olan Dəmirdaş kameralar önündə yalan danışıb, küçəyə çıxa bilirsə, ona deyəcək bir sözüm yoxdur. HDP, PYD və Dəmirdaş çox yaxşı bilir ki, Türkiyə sərhədi bağlasa, Kobani (Suriyanın vilayəti) adlı yer olmayacaq. Əxlaqsız siyasətiniz batsın! İŞİD-lə döyüşmək üçün Türkiyə sərhədindən Kobaniyə çox sayda peşmərgənin keçməsinə icazə verildi. “Oyuncaqlar sərhəddən buraxılmır, lakin İŞİD keçir”, - deyə bilmək üçün insan olmamaq lazımdır”.
Qeyd edək ki, Dəmirdaş ötən gün çıxışında Türkiyə sərhədindən Suriyaya oyuncaqların buraxılmadığını, lakin İŞİD terrorçularının mütəmadi keçdiyini bildirmişdi.