Türkiyə ordusu Diyarbəkrdə yolu bağlayan silahlı PKK-çıları darmadağın etdi
23-07-2015, 00:56
Türkiyədə Diyarbakır-Bingöl avtomobil yolunu bağlayan, PKK tərəfdarları olduğu bildirilən silahlı qrupa təhlükəsizlik qüvvələri müdaxilə edib.
Avropa.info xəbər verir ki, Diyarbakır-Bingöl avtomobil yolu PKK tərəfdarları olduğu bildirilən silahlı bir qrup tərəfindən bağlanıbmış.
Qrup yolda saxladıqları avtomobillərdən birini yandırıb. PKK-çılara müdaxilə edən təhlükəsizlik qüvvələri Diyarbakır-Bingöl avtomobil yolunu terrorçulardan təmizləyib.