Son dəqiqə-Sərhəddə Türk əskərləri ilə İŞİD arasında atışma

23-07-2015, 21:54           
Son dəqiqə-Sərhəddə Türk əskərləri ilə İŞİD arasında atışma
İlkin məlumatlara görə, 1 türk əsgəri həlak olub, 2 əsgər yaralanıb
Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində “İŞİD” terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.

teref.az yazır ki, bu baradə APA “Milliyet”ə istinadən xəbər verir.
Məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada “İŞİD”in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.

Hadisənin bir qrup “İŞİD” üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 “İŞİD”çinin öldürüldüyü xəbər verilir.

Bölgəyə əlavə qüvvələr göndərilib. /apa/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.