Türkiyə və ABŞ-ın İŞİD planı açıqlandı – 8 maddə
24-07-2015, 15:47
Dünən axşam Türkiyə Silahlı Qüvvələrinin İŞİD-ə ağır zərbə vurması ilə Ankara və Vaşinqtonun bu terror təşkilatına qarşı mübarizə strategiyasının detalları məlum olub.
Axar.az xəbər verir ki, artan teraktlardan Nazirlər Kabinetində imzalanan gizli qərarla terrorla mübarizədə yeni baxış bucağını təyin edilib. Detallar isə aşağıdakı kimidir:
Razılığa əməl olunacaq
Kimdən gəlirsə gəlsin, hər cür təhdidə anında cavab veriləcək. ABŞ-la ortaq əməliyyatlar və bazaların istifadəsi ilə bağlı razılaşma təmin ediləcək.
Vətəndaş çətiri
ABŞ ilə razılaşdırılmış mübarizə anlayışı vətəndaşları qoruyan çətir altında aparılacaq. İncirlikdən aktiv istifadə olunacaq. Əməliyyatlarda ABŞ-ın da Türkiyənin yanında yer alması Ankaraya psixoloji üstünlük qazandıracaq. Vətəndaşların təhlükəsizliyini təmin etmək Türkiyənin təməl prinsipi olacaq.
Təhlükəsiz regionlar
Elan ediləcək etibarlı bölgələrə PYD, İŞİD və ya başqa bir təşkilat girərsə, Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgəyə yeridiləcək.
Hava əməliyyatı
Türkiyəyə köçənlərin geri qayıtması üçün ABŞ və Türkiyə birlikdə çalışacaq. Təhdid istər PKK, istər İŞİD, istərsə də Əsəd rejimindən gələrsə, Türkiyə birtərəfli qaydada hava əməliyyatlarına başlayacaq. Təhdid demoqrafik dəyişikliklərə yol açarsa, Silahlı Qüvvələr bölgəyə yeridiləcək, quru əməliyyatlarına start veriləcək.
Fərat çayının qərbində demoqrafik quruluşun dəyişdirilməsinə icazə verilməyəcək. Hələb-Türkiyə dəhlizi açıq qalacaq. Diyarbəkir və Malatya bazaları istifadəyə veriləcək.
Bölgə siyasəti
Türkiyə bölgədəki siyasətini davam etdirəcək. Həll prosesində qərarlar Nazirlər Kabineti tərəfindən veriləcək. PKK və Şimali İraqda anti-terror əməliyyatları istisna olunmur.
İŞİD-lə mübarizə
İŞİD-lə mübarizədə TSQ təhlükəsizlik və gömrük qrupları ilə əməkdaşlıq edəcək. Türkiyə hərbçilərinin tutduğu terrorçuların yalnız silahlı olanları həbs olunacaq. Digərləri azad edilə bilər. Gömrük məntəqələrində əsgəri müdaxilə olmayacaq.
İnteqrasiya və sərhəd təhlükəsizliyi
5 illik layihə sürətləndiriləcək. Beton divar, təhlükəsizlik kameraları sərhəd təhlükəsizliyini təmin ediləcək.
Alınan tədbirlər
Xarici terrorçuların giriş-çıxışının qarşısını almaq üçün nəqliyyat mərkəzlərində, sərhəddə və ölkə daxilində bir sıra tədbirlər həyata keçiriləcək:
Suriyada radikal qruplaşmalara qoşulmaq istəyən xarici vətəndaşların saxlanılması üçün gömrük məntəqələrində və ölkə daxilində kəşfiyyat, terrorla mübarizə və qaçaqçılıq şöbələrinin ortaq çalışdığı risk analiz avadanlıqları qurulacaq.
Artıq sözügedən şöbələrdə 3 mindən çox adam sorğu-sual olunub. Onlardan 300 nəfəri ölkəsinə departasiya edilib. 108 ölkədən 16 min nəfərin ölkəyə girişi qadağan edilib.
İndiyədək 83 ölkədən 1 600-dən çox şəxs terrorçuluqda şübhəli bilinərək Türkiyədən kənarlaşdırılıb.