"Türkiyənin İŞİD-i bombalamasına səbəb, PYD-nin əlinə keçəcək bölgələri nəzarətə almaq cəhdidir" - HDP "çözüm sürəci"nin bitdiyini elan etdi

24-07-2015, 21:34           
"Türkiyənin İŞİD-i bombalamasına səbəb, PYD-nin əlinə keçəcək bölgələri nəzarətə almaq cəhdidir" - HDP "çözüm sürəci"nin bitdiyini elan etdi
PKK-nın siyasi qolu olan HDP Türkiyənin İŞİD-i bombalamasından sonra, AKP hökuməti tərəfindən elan olunan və "çözüm sürəci" adlanan "həll prosesi"nin bitdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Türkiyənin İŞİD-i bombalamasına diqqət yetirən HDP sədrinin müavini Ayxan Bilgen sensasion açıqlamaları ilə yadda qalıb.

"Türkiyənin İŞİD-i bombalamasına səbəb , İŞİD-in boşaltmaq məcburiyyətində qalacağı və PYD-nin (PYD PKK-nın Suriya qoludur: red) nəzarətinə keçəcək bölgələri təhlükəsiz bölgə adı altında nəzarət altına almaq cəhdidir."

Türkiyədə kürd toplumuna yönəlik AKP-nin başlatdığı və "çözüm sürəci" adlanan "həll prosesi"ndən danışan Bilgen prosesin artıq bitdiyini elan edib.

"AKP hökuməti problemin əsasına dair heç bir ciddi addım atmadan,, hətta həlli proseslərində heç vaxt qəbul etməyəcək ziddiyyətdə davranışlar nümayiş etdirərək bu prosesin davam etməsi artıq mümkün deyil."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.