PKK Türkiyədə iki körpünü partladıb

28-07-2015, 15:03           
PKK Türkiyədə iki körpünü partladıb
Türkiyədə, Muş-Kulp yolu üzərindəki iki körpü PKK terror təşkilatının üzvləri tərəfindən partladılıb.

APA-nın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə hüquq-mühafizə orqanları hadisə ilə bağlı xüsusi əməliyyata başlayıb.

İlkin məlumata görə, terrorçular ərazidən uzaqlaşmağa nail olublar.

Polis hazırda insanların partlayış baş verən əraziyə yaxınlaşmasının qarşısını alır, sürücülərə başqa yolla getmələri tövsiyə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.