Yaxın Şərqdə tərs çevrilmə: Köhnə Suriya bərpa edilir

29-07-2015, 12:52           
Yaxın Şərqdə tərs çevrilmə: Köhnə Suriya bərpa edilir
SAO Dəməşq yolunda: “Böyük Kürdüstan” planının üzərindən xətt çəkilir; İŞİD masadan qaldırılır; Əsəd gedir
ABŞ-ın CNN telekanalı iyunun 18-də Yaxın Şərqdə qurulması nəzərdə tutulan “Böyük Kürdüstan dövləti”nin növbəti xəsitəsini yayımladı. Mənbə bölgədə yaradılacaq “dövlət”in Şimali Suriyadan başlayacağını iddia etdi. PKK ilə İŞİD arasında qarşıdurma yaranan kimi kürdlərin digər terror təşkilatı PYD Şimali Suriyaya “Kürdüstan bayrağı”nı sancdı və regionun türkmənlər yaşayan ərazilərinin “müstəqilliyini” elan etdi. İki ay əvvəl türkmənlərin lideri Samir Hafiz isə maraqlı fikirlərlə çıxış etdi. S. Hafiz bildirdi ki, koalisiya dövlətlərinin İŞİD-in bombaladığı mövqelərinə PYD kürdləri yerləşdirir. Məqsəd Aralıq dənizi sahillərindən İran və Türkiyənin müəyyən bölgələrini əhatə edən “Kürdüstan” yaratmaqdır. “Kürdüstan” üçün paytaxt seçilmiş Şimali Suriyada yerləşən Təl-Əbyad şəhərinin 80%-ni türkmənlər və ərəblər təşkil edir. Maraqlıdır ki, İŞİD həmin bölgələri ələ keçirdikdən sonra orada möhkəmlənmədi və müəyyən araqlıqdan sonra kürdlər Şimali Suriyada peyda olurlar və öz “müstəqillik”lərini elan edirlər. Hətta, regionun tamamilə kürdləşdirilməsi üçün Türkiyədən 10 minə yaxın kürd ailəsi qeyri-qanuni yollarla Şimali Suriyaya köçürüldü. Kürdlərin ən böyük hədəfi Aralıq dənizinə çıxış əldə etməkdir. Bunun üçün onlar türkmənlərin nəzarətində olan Çöl-Bucaq kəndini ələ keçirməyə çalışırlar. Buna nail olsalar, kürdlər Suriyada böyük bir strateji mövqe əldə edəcəkdilər. Bu həm də İraq Kürdüstanı və Türkiyə kürdlərinin Türkiyədən olan asılılığını azaladacaqdı.

Əl-Abadi Bərzaniyə müsbət cavab versə nə ola bilər?

İraq Kürdüstanının rəhbəri Məsud Bərzaninin 2 il ərzində “Böyük Kürdüstan yaradacağıq” fikirləri birmənalı deyil. Bərzani Bağdadla razılaşmaya ümid edir. Əl-Abadi hökumətilə razılaşma olacağı halda, Şimali İraq İraqdan ayrılaraq, öz müstəqilliyini elan edəcək. Ölkənin kürdəsilli prezidenti Fuad Məsum buna razı olsa da, baş nazir Heydər əl-Abadi hələlik məsələni müzakirə masasına çıxarmaqdan çəkinir. Burada Qərbdən Bağdada qarşı müəyyən təzyiqlər var. Lakin, əl-Abadi rejimi İraqın kürdlərə qarşı olan sünni və şiə kəsimindən narahatdır, eyni zamanda İraqdakı İraq Milli İslami Müqavimət Partiyası, “1920 İnqilab Briqadaları”, “Ceyşül İslam”, “Ceyşül Mücahidin”, “Şiə Bədr Briqadaları” kimi terror təşkilatları da ölkənin Şimalında kürd dövlətinin yaranmasına qarşı çıxırlar. Belə bir mühitdə əl-Abadinin Bərzaniyə verəcəyi müsbət cavab İraqı qana çalxalayacaq. Zatən İŞİD və PKK kimi terror təşkilatlarının ölkədə yaratdığı xaos davam edir. Beləliklə, Bağdad Ərbilə “yaşıl işıq” yandıracağı halda Şimali Suriya Şimali İraqla birləşdiriləcək və növbəti hədəf Türkiyə olacaqdı. Nəticədə Şimali Suriyanın Əfrin bölgəsinə nəzarəti həyata keçirən radikal kürd terror təşkilatı YPG PKK-nın dəstəyilə Türkiyənin kürd bölgələrinə transfer ediləcəkdi. Nəticədə PKK-nın Qəndildə yerləşən mövqeləri YPG-yə dəstək verməklə Türkiyənin Cənub-şərq hissəsində müharibəyə başlayacaqdı. Yaranacaq xaos mühitindən istifadə edərək, HDP dövriyyəyə soxulacaq və bölgənin “Kürdüstan”a birləşdirilməsi məsələsi AKP hökuməti qarşısında qaldırılacaqdı. Təbii ki, Ankara buna razı olmayacaqdı. Ərbil isə, Bağdaddan cavab gözləmədən PKK-nı Türkiyəyə qarşı qaldırdı. Bərzani ümid edirdi ki, Cənub-şərqi Türkiyə məsələsində Ankaradan müsbət cavab alacağı halda Bağdadı razı salmaq asan olacaqı. Lakin, Türkiyənin müzakirə məsələsinin mövzu olmadığını bildirərək, gözlənilmədən PKK-nı vurdu.



Türkiyə PKK-nı niyə vurdu?

Suriyada baş verən 4 illik proseslərin kilidi Kobanidə açıldı. Kobaniyə qədər Suriya və İraqın bir sıra regionlarında kürdlərin möhkəmlənməsi üçün aldadıcı manevrlərlə şərait yaradan İŞİD şəhəri PKK ilə yarı böldü. Bununla həm PKK – YPG tandemi, həm də İŞİD faktiki olaraq Türkiəyə giriş qapısının önündə dayandılar. Bu, 2013-cü ildə Türkiyədən çıxan PKK-nın yenidən cumhuriyyətə qaytarılması planının tərkib hissəsiydi. Təkrar qayıdış üçün radikal kürdlərə bəhanə lazım idi. Belə hadisələrdən biri bir neçə gün əvvəl Surucda baş verdi. Rayonda kommunist kürdlərin keçirdiyi aksiya qanlı olayla bitdi və hadisədən dərhal sonra PKK terror aktını AKP-nin adına yazdı. Halbuki, aktı İŞİD törətmişdi. Plana uyğun olaraq, AKP-yə qarşı olan ittihamından geri çəkilməyən PKK Qəndildəki mövqelərinə hərəkətə keçmək əmri verdi. Nəticədə Türkiyədə kürdlərin ayaqlanması başladı. Bu, kürd bölgələrinin Şimali İraq və Şimali Suriyaya birləşdirilməsi planına daxil idi. PKK-ya cavab olaraq, həm də dövlət təhlükəsizliyinin müdafiəsi üçün Ankara Türk Silahlı Qüvvələrinə İŞİD və PKK-ya qarşı hərbi əməliyyat tapşırığı verdi. Suriyadan sonra İraqda daxil olan türk ordusu terrorçulara ağır itkilər yaşadaraq, Şimali Suriyaya nəzarəti ələ keçirdi. Bu, “Böyük Kürdüstan” planının iflası, həmçinin parçalanmış Suriyanın bərpası deməkdir. ABŞ tərəfindən Türkiyənin qərarlarına müsbət reaksiyaların verilməsi, Vaşinqtonun da Yaxın Şərqdə tərs çevrilən proseslərdən məmnun olmasının nəticəsidir.

Dəməşqə gedən yol açılır

Türkiyə İŞİD və separatçı kürdlərdən azad etdiyi əraziləri çox güman ki, koalsiya qüvvələrinə və Əsədə qarşı döyüşən Suriya Azadlıq Ordusuna verəcək. Beləliklə, Dəməşqə gedən yol açılacaq. Bəşər Əsədin iyulun 27-də verdiyi açıqlama da bu yöndə maraqlıdır. O, 4 illik müharibədə böyük itkilər verdiyini və artıq döyüşmək üçün gücünün qalmadığını etiraf etdi. Əsəd eyni zamanda bu günədək ona dəstək verən İran, Rusiya və “Hizbullah”a da öz təşəkkürünü bildirdi. Bu, “təşəkkür”ü qanlı diktatorun ya zor gücünə devriləcəyinə, ya da öz istəyiylə Suriyadan qaçacağına işarədir. Hər iki hal Əsədin tezliklə yıxılacağını bildirir. Türkiyəylə tərs çevrilən proseslər və İran – “Altılıq” anlaşması Əsədin hakimiyyətdə qalması üçün bütün şanslarını əlindən aldı. Nə Qərbin sanksiyalarından azad olmaq üçün yaxşı fürsət əldə etmiş İran, nə də Ukraynada ABŞ-la mövqe savaşına üstünlük verən Rusiya onu müdafiə etməyəcək. “Hizbullah”ın da İranın iradəsinə tabe olmasını nəzərə alsaq, Əsəd üçün yaxşı gələcək yoxdu. İŞİD-in taleyi də Əsədlə bağlıdır. Bəşər Əsədi devirmək planının tərkib hissəsi olan İŞİD də diktatorun devrilməsindən sonra ortadan qaldırılacaq.

Olaylar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.