HDP- nin sədri: "Qarşılıqlı olaraq silahların yerə qoyulması lazımdır. "

31-07-2015, 15:52           
HDP- nin sədri: "Qarşılıqlı olaraq silahların yerə qoyulması lazımdır. "
Türkiyədə 17 nəfərin həlak olmasına və onlarla avtomobilin sıradan çıxmasına səbəb olan terror aktlarından sonra Dəmirdaş nəhayət ki sükutu pozub.

Avropa.info xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş terror təşkilatı PKK-ya səslənib.

Dəmirtaşın danışığının xülasəsi belədir:

“Regionda xalqa məxsus avtomobillərin yandırılmasını əsla doğru görmürük. Bunun dərhal bəhanəsiz bir şəkildə dayandırılması lazımdır. Bunların hamısı bizim malımızdır.

Bu vəziyyətdən çıxmağın tək yolu danışıqlar aparmaqdır. Danışıqlar aparmaq böyük bir məharətdir. Son 3 ildə ağır da olsa irəliləyən kürd probleminin həlli prosesinin inkişaf etdirilməsi lazımdır. Qarşılıqlı olaraq silahların yerə qoyulması lazımdır.

Siz tənqid etsəniz biz dinləyəcəyik. Amma danışıqları tərk etmək olmaz. Biz bir daha Türkiyə cəmiyyəti olaraq dərhal əllərin tətikdən çəkilməli olduğunu və min bir əziyyətlə qurulan müzakirələrə geri dönülməli olduğunu deyirik. Kürd probleminin həlli prosesi yenidən başlamalıdır.

Bəziləri 7 iyun seçkiləri zamanı əldə olunan nəticəni qəbul etsin. Müvəqqəti hökumətin dərhal koalisiya ilə əlaqədar qərarını verməsi, əgər koalisiya işləri nəticə verməsə dərhal növbədənkənar seçki keçirməsi lazımdır.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.