Baxçalıdan Davudoğluna koalisiya təklifi

6-08-2015, 21:50           
Baxçalıdan Davudoğluna koalisiya təklifi
Türkiyənin Baş naziri Əhməd Davudoğlu sabah cümə namazından sonra AKP ilə CHP arasında koalisiya hökumətinin qurulduğunu açıqlamalıdır.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. O, Türkiyənin hazırkı vəziyyətində hökumətə ehtiyacı olduğunu bildirib:

“AKP ilə CHP arasında koalisiya danışıqları son mərhələyə gəldi. Türkiyənin hazırkı vəziyyətində ölkədə əmin-amanlığın yenidən təmin edilməsi üçün AKP ilə CHP arasında koalisiya hökuməti qurulmalıdır. Hökumətin bu cümə (sabah) qurulması lazımdır. Əhməd Davudoğlu sabah cümə namazından sonra hökumətin qurulduğunu açıqlamalıdır. Çünki azlıq hökumətinə MHP razı deyil. Qurulsa belə, hər hansı bir dəstək verməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru