Türkiyə polisi erməni "qanuni oğru"nu axtarır: - "Lotu Quli"nin qətli sifariş edildi

23-02-2018, 17:16           
Türkiyə polisi erməni "qanuni oğru"nu axtarır: - "Lotu Quli"nin qətli sifariş edildi
Türkiyə polisi ötən ilin dekabrında İstanbulda öldürülən "Dato Pankisski" ləqəbli "qanuni oğru" David Alxanaşvilinin qatilinin izinə düşüb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, istintaq zamanı onun qətlini erməni kriminal avtoritet Andranik Soqoyanın cinayətkar aləmin daha bir üzvü Dato Ozmanovun göstərişi ilə təşkil etdiyi məlum olub.

Daha əvvəl bu cinayətin "Lotu Quli" ləqəbli azərbaycanlı Nadir Səlifov tərəfindən sifariş edildiyi bildirilsə də, sonradan bu versiya istisna edilib.

Yeri gəlmişkən "Lotu Quli"nin Rövşən Lənkəranskinin qardaşı, keçmiş gömrük polkovniki Namiq Caniyev və Hacı Beyləqanskinin əleyhinə ifadə verməkdən imtinasından sonra adı çəkilən şəxslər azadlığa buraxılıb. Bundan sonra "Lotu Quli"nin həyatına təhlükə yaranıb.

Ötən həftə isə onu aradan götürməkdə maraqlı olan şəxslər - Namiq Caniyev, Zaur Əhmədov və Dato Ozmanov arasındakı görüşdə "Lotu Quli"nin qətli müzakirə edilib.

Qeyd edək ki, "Dato Pankisski"nin qətlini təşkil etməsindən sonra Nadir Səlifovu aradan götürülməsinin də Zaur Əhmədova tapşırılacağı barədə xəbərlər yayılıb.
[media=https://www.youtube.com/watch?v=PJYxCpzfPqE]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru