Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir - İDDİA

24-02-2018, 14:28           
Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir - İDDİA
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ İyi Partiya ilə Səadət Partiyasının ittifaq qurmasına çalışıb. Həm prezident Ərdoğan, həm də MHP başqanı Dövlət Baxçalının tənqidinə tuş gəlməsində onun bu fəaliyyətinin rolu var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin tanınmış qəzetçisi Nevzat Çiçək bəyan edib.

Jurnalist iddia edib ki, İlkər Başbuğ Adıyamana səfər edərək, burada bir sıra görüşlər keçirib. Səadət Partiyası AKP ilə əməkdaşlığa getməzsə, İyi Partiya ilə yaxınlaşması istiqamətində addımlar atdığı təxmin edilir:

“Bəzi məlumatlar əldə etmişəm. Başbug Adıyamanda fərqli şəxslərlə görüşüb, əşirət rəhbərləri ilə müzakirə aparıb. Eyni zamanda adı çəkilən iki partiyanın birləşməsinə çağırış edib. Düşünürəm ki, bütün bu fəaliyyətdən Ankaraya xəbər tutub. Yəni Başbuğun tənqid edilməsi onun Afrin haqqındakı düşüncələrindən daha çox bununla bağlıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru