Türkiyə ordusu Afrində şəhid verdi

25-02-2018, 22:23           
Türkiyə ordusu Afrində şəhid verdi
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı daha bir türk əsgəri şəhid olub.

Gununsesi.info xəbər verir ki, bu barədə bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Türkiyə ordusunun əsgəri fevralın 24-də şəhid olub.

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 33 nəfərə çatıb. Bu günə qədər əməliyyat zamanı 2018 PYD/YPG terrorçusu zərərsizləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.