Çexiya PYD-nin sabiq liderinin Türkiyəyə ekstradisiyasına dair danışıqlar aparmağa hazırdır

26-02-2018, 08:09           

Çexiya XİN-i Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün ekstradisiya edilməsi məsələsiniə dair Türkiyə XİN-i ilə danışıqlar aparmağa hazırdır.



APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya XİN nümayəndəsi Mixaela Laqronova bildirib.



"Saxlanılan şəxsin həbsinə dair beynəlxalq order verildiyindən hələlik bu məsələ ilə polis və Ədliyyə Nazirliyi məşğuldur. Çox ehtimal ki, ekstradisiyaya dair danışıqlar XİN-lər arasında da aparılacaq", - deyə o bildirib.



Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ötən gün Şanlıurfqada çıxışı zamanı Salih Müslümün saxlanılmasını alqışlayaraq, onun tezliklə ölkəyə ekstradisiya olunmasına ümid etdiyini bildirib.



Qeyd edək ki, PYD-nin sabiq rəhbəri fevralın 24-də Türkiyənin sorğusu əsasında İnterpol xətti ilə Praqada saxlanılıb.



Bundan əvvəl Türkiyə hökuməti S.Müslümün saxlanılması üçün 4 mln. lirə mükafat vəd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru