“Qardaşımızın yanındayıq!” – Azay Quliyevdən Türkiyəyə Afrin mesajı

26-02-2018, 08:25           

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Tvitter səhifəsində Türkiyənin apardığı “Zeytun budağı” əməliyyatının növbəti mərhələsi ilə bağlı fikirlərini bölüşüb.

Turkustan.info xəbər verir ki, Azay Quliyev mesajında qardaş ölkəyə tam dəstəyini ifadə edib:

Türkiyə ordusu gələn həftə “Zeytun Budağı” çərçivəsində Afrini terrorçulardan tam təmizləmək əməliyyatına başlayacaq. Milli təhlükəsizliyini təmin etmək və təhdidçi terroru zərərsizləşdirmək Türkiyənin təbii və suveren haqqıdır. Hər zamankı kimi qardaş Türkiyənin yanındayıq!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru