PYD lideri Ankaraya bu şərtlə verilir...

26-02-2018, 19:48           
PYD lideri Ankaraya bu şərtlə verilir...
Rəsmi Praqa PYD lideri Saleh Müslümün Türkiyəyə qaytarılması üçün şərt irəli sürüb.

Axar.az xəbər verir ki, media Çexiyanın rəsmi Ankaraya Müslümün Türkiyədə həbsdə olan iki çexiyalı məhbusla dəyişdirilməsini təklif etdiyini yazıb.

Məlumata görə, Çexiya Türkiyəyə Müslümün həbsdə olan vətəndaşları ilə mübadiləsi üçün danışıqlar masasına əyləşməyə hazır olduğunu bildirib. Türkiyə-Suriya sərhədində saxlanılan və PKK terror qruplaşması ilə əlaqələri sübut edilən Marketa Vşelixova və Miroslav Farkasın Saleh Müslüm qarşılığında sərbəst qalması təklif edilib.

Qeyd edək ki, Çexiya daha əvvəl də həbsdə olan bu iki vətəndaşının mübadiləsi üçün Türkiyəyə müraciət edib, amma rəsmi Ankara təklifi mənfi qarşılamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru