Türkiyədə Afrin terrorçuları həbs edilib

1-03-2018, 08:51           
Türkiyədə Afrin terrorçuları həbs edilib
Türkiyədə Afrindən olan terrorçular həbs edilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, onlar özlərini dinc sakin kimi təqdim etməyə çalışıblar. Terrorçular hərbçiləri aldatmaq istəyərək, çoban olduqlarını deyiblər.

Saxlanılanların telefonlarında onların PKK terror təşkilatının Suriya qolu olan YPG ilə əlaqələrini sübut edən məlumat aşkarlanıb. Onlar məhkəmə zalında həbs ediliblər.

Həbs edilən terrorçuların sayının 2 nəfər olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsinin terrorçulardan təmizləməsi üzrə yanvarın 20-də "Zeytun budağı" əməliyyatına başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru