Türkiyənin ən zəngin adamının 5 mlrd. dollar sərvəti var

1-03-2018, 21:18           
Türkiyənin ən zəngin adamının 5 mlrd. dollar sərvəti var
Ən zəngin 100 türkün sıralandığı “Forbes 100” reytinq cədvəli bu il 13-cü dəfə yayımlanıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il siyahıda 9-u yeni olmaqla sərvəti 1 mlrd. dollardan çox olan 40 nəfər var.

"Forbes 100"a daxil olanların ümumi sərvəti isə ilk dəfə 120 mlrd. dolları keçərək rekord vurub və 121,4 mlrd. dollar təşkil edib. Bunun 72,4 mlrd. dolları milyarderlərə məxsusdur.

Siyahının lideri 5-ci dəfə Murat Ülkər olub. Onun sərvəti 4,8 mlrd. dollardır.

Növbəti yerlərdə Erman Ilıcak (4 mlrd. dollar), Hüsnü Özyeğin (2,9 mlrd. dollar), Osman Kibar (2,8 mlrd. dollar), Mustafa Küçük (2,7 mlrd. dollar), Semahat Arsel (2,6 mlrd. dollar), Rahmi Koç (2,5 mlrd. dollar), Şarık Tara (2,5 mlrd. dollar), Ferit Şahenk (2,4 mlrd. dollar) və Filiz Şahenk( 2,3 mlrd. dollar) qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru