“Afrindən dönüş yoxdur” – Devlet Bahçeli

3-03-2018, 00:09           
“Afrindən dönüş yoxdur” – Devlet Bahçeli
İnanıram ki, Afrin küçəbəküçə, evbəev təmizlənəcək və terrorçuların belləri qırılacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

“Afrində Türkiyənin mənafeyi cəsur şəkildə müdafiə edilir. Buradan dönüş yoxdur. Həqiqətən də gəmilər yanıb, geri dönə bilmərik”, – partiya sədri qısaca açıqlamasında bildirib.

Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib.

Nəticədə yaranan silahlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.

Terrorçulardan isə 22-si məhv edilib, 2-si isə ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru