MÜNASİBƏTLƏR DÜZƏLMƏYƏCƏK! - ABŞ-ın Türkiyəni dayandırıb, Suriyanı bölmək planı
3-03-2018, 21:05

Türkiyə mətbuatında ABŞ-ın yeni planları barəsində yazılıb.
ABŞ-ın yanvarın 11-də Vaşinqtona topladığı ingilis, fransız, iordaniyalı və Səudiyyəli nümayəndələrlə Suriyanın bölünməsi məsələsindən danışdığı iddia edilir. ABŞ-n parçalama planında Fərat çayının qərbi-şərqi arasında bir atəş xətti qurmaq və Astana-Soçi prosesini baltalayaraq Cenevrəni irəli çıxarmaq nəzərdə tutulur. PKK/PYD-nin Cenevre danışıqlarında iştirak eləməsinə Türkiyənin əngəl olduğunu bildirən amerikalı diplomat Türkiyə ilə olan münasibətlərin çətin olduğunu söyləyir.
Suriyanın şimalında PKK/PYD terror təşkilatının işğalını dayandırmaq üçün TSQ və ASO-nun Afrində apardığı “Zeytun budağı” əməliyyatı davam edərkən, Pentaqon ölkəni parçalamaq planını sürətləndirilir. Vaşinqtonda 4 ölkənin dilomatlarını toplayan ABŞ-ın PYD/PKK terror təşkilatının şaxəsi olan SDQ üçün Aralıq dənizinə qədər uzanan bir terror dövləti planını işə salıdığı aşkara çıxıb. Livanın “Əl Əxbar” qəzeti ingilis diplomatik mənbələrindən ələ keçirdiyi görüş qeydlərini dərc edib. Məxfi görüşə ABD XİN-in Yaxın Şərq masasında Devid Satterfildin rəhbərlik elədiyi, Fransa XİN-in Yaxın Şərq məsələləri üzrə rəhbəri Jerome Bonnafont, İngiltərə XİN-in Yaxın Şərq üzrə əməkdaşı Haq Kleri, İordaniyanın xarici işlər nazirinin müşaviri Navef Vasfi Əl Tal və səudiyyəli general Camal Əl Akılın iştirak elədiyi, görüşün 2018-ci il yanvarın 11-də keçirildiyi bildirilir.
SURİYANI PARÇALAYACAQLAR:
“Əl Əxbar” qəzetinin yazdığına görə, amerikalı dilomat Satterfield, müttəfiqlərinə Ağ Evin Suriyanı bölmək hədəflərindən geri dönməyəcəyini bildirib. Müxalifətçiləri “ərazi bütövlüyü” israrından vaz keçirmək lazım olduğu iddia edilən iclasda danışıqlar prosesinə mütləq Suriya torpaqlarının şərqini və şimalını əlində saxlayan PYD/PKK-nin daxil edilməsinin lazım olduğu bildirilib.
Aralıq dənizinə çatmalı:
PYD-nin qolu olan SDQ-nin vasitəçiliyi ilə Deyr əz Zor neft ərazilərini də əhatə edən torpaqlarda terror dövləti qrumasını nəzərdə tutan planın müzakirə edildiyi iclasda, ABŞ-ın dəstəklədiyi təşkilatın işğalı altındakı torpaqların Aralıq dənizinə qədər uzanmasının lazım olduğu da vurğulanıb.
Yeganə əngəl Türkiyədir:
Satterfieldin indiyə qədər Pentaqonun Suriyanın işğalı üçün 4 milyard dollar xərclədiyini açıqladığı görüşdə PYD/YPG-nin qarşısında əngəl olan Türkiyənin “SDQ-nin ərəblərin də daxil olduğu bir təşkilat olduğu sözləri ilə aldadılması” lazım olduğu deyilib.
Ankaranın qəbul eləməyəcəyi təqdirdə layihənin həyata keçirilməsi üçün Türkiyənin əngəllənməsinin məcburi olduğu vurğulanıb.
Soçi və Astanada sabotaj!
Pentaqon və müttəfiqlərinin Suriyada terror dövləti qurmağı nəzərdə tutan layihəsində BMT-nin liderliyi ilə Cenevrənin sülh danışıqlarının mühümlüyünü vurğulayıb. Amerikalı dilomat bundan sonra Astanaya nümayəndə yollamayacaqlarını bildirərkən, Soçidəki Suriya Milli Konqresinin sabotaj ediləcəyi bildirilib. Yeni yol xəritəsi üçün BMT-də Suriyadakı xüsusi nümayəndəsi Steffan De Misturanın Əsəd rejimi, suriyalı müxalifətçilər və PYD/SDG terror təşkilatının bir araya gətiriləcəyi bir Cenevrə prosesinin planlaşdırıldığı qeyd edilib.