Türkiyə klubu baş məşqçini istefaya göndərib

5-03-2018, 00:34           
Türkiyə klubu baş məşqçini istefaya göndərib
“Konyaspor” baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış etməsidir.

Superliqanın XXIV turunda doğma azarkeşləri önündə “Yeni Malatyaspor”a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.

Qeyd edək ki, “Konyaspor” 24 turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru