Rusiya iki ildən sonra Türkiyədən nar və badımcan gətirilməsinə icazə verib

5-03-2018, 09:10           
Rusiya iki ildən sonra Türkiyədən nar və badımcan gətirilməsinə icazə verib
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (BFNFX) iki illik fasilədən sonra Türkiyədən nar, badımcan, bibər, göyərti, balqabaq, qabaq və digər tərəvəzlərin ölkə ərazisinə gətirilməsinə icazə verib. Qərar Xidmətin icazə verdiyi müəssisələr tərəfindən sözügedən məhsulların idxalı zamanı heç bir karantin halı aşkar edilməməsi ilə əlaqədar qəbul olunub.

“Report” xəbər verir ki, bunu BFNFX-nın mətbuat katibi Yuliya Melano deyib.

O bildirib ki, indi Türkiyənin Ərzaq və Heyvandarlıq Nazirliyinin tədarük edilən məhsulun fitosanitar təhlükəsizliyi ilə bağlı verdiyi icazə sənədi olmaq şərti ilə arzu edən hər bir şirkət ixracla məşğul ola bilər.

Türkiyədən Rusiyaya nar, badımcan, bibər, göyərti və digər tərəvəzlərin tədarükünə qadağa təqribən iki il qüvvədə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru