Türkiyə tankların zirehlənməsi üzrə yeni sistemdən istifadə edəcək –Afrində

6-03-2018, 09:02           

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində yeni PULAT – tankların zirehlənməsi sistemindən istifadə edəcək.

Bunu Türkiyə Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.

Baş direktor bildirib ki, PULAT sistemi yoxlamalardan tamamilə keçib.

Qeyd edək ki, yeni zirehlənmə sistemi ASELSAN şirkəti tərəfindən hazırlanıb. Bu sistem "Leopard 2" və "M 60" tanklarına inteqrasiya oluna bulər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru