“Afrinə girdik, giririk... Eheyy NATO, haradasan?!”
10-03-2018, 19:24
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mehmetciyin Suriyanın Afrin bölgəsində gerçəkləşdirdiyi “Zeytub budağı” əməlliyatı nəticəsində zərərsizləşdirilən terorçularla bağlı yeni rəqəm açıqlayıb.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan indiyədək zərərsizləşdirilən terrorçu sayının 3213 olduğinu deyib.
“Əsgərimiz gedir Afrinə, inşallah Afrinə girdik, giririk",-deyə o bildirib.
Prezident daha sonra deyib: “Afrini terrorçulardan təmizlədikdən sonra Münbiç, Ayn əl Ərəb, Tel Abyad, Resulayn, Qamışlını da terrorçulardan təmizləyəcəyik...
…Ey NATO haradasan? Bu qədər mübarizə aparırıq. Türkiyə NATO-nun üzvü deyil? Haradasan? Əfqanıstanda dərhal NATO üzvü ölkələri oraya dəvət etdin, bəs Suriyada? Suriyada NATO üzvü olan ölkələr… Əslində qüdrətləri çatsa qalxacaqlar, onlar açıq-aydın qarşımızda duracaqlar, amma Türkiyənin dik dayandığını görəndə buna cürət etmirlər.
Əfqanıstana çağırdın gəldik, Somaliyə çağırdın gəldik, Balkanlara çağırdın gəldik. İndi də mən çağırıram, gəl görək Suriyaya, gəl!. Niyə gəlmirsən?!”.