Rusiya ödənişə başlayır: Türkiyəyə 1 milyardlıq təzminat

31-05-2018, 10:06           

"Qazprom"la "Botaş" arasında əldə edilmiş razılığa əsasən, Türkiyəyə 1 milyard dollarlıq ödəmə qısa müddətdə həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri "Qazprom" rəsmisi Mixail Malqin bildirib.

Malqin qeyd edib ki, məbləğin böyük hissəsi ən qısa müddətdə ödəniləcək, yerdə qalan hissə isə gələcəkdə təbii qaz ixracında endirimlə hesablanacaq.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Türkiyəyə 1 milyard ABŞ dolları məbləğində təzminat ödəyəcəyini bildirib. Türkiyə 3 il əvvəl Rusiyadan alınan qaza endirim edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və müraciəti müsbət cavablandırılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.