Donald Trampın məhkəməsi: Amerikasayağı paradoks
Bu gün, 10:44
Piter Beyker The New York Times nəşrinin Ağ Evdə akkreditə olunmuş müxbiridir. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp əleyhinə məhkəmə prosesi haqqında kəskin üslubda bir köşə yazısı dərc etdirib. Yazının başlığı belədir: "Cinayətkar ola-ola, Tramp amerikalıların prezidentliyə münasibətini dəyişir".
Yazıda Donald Tramp "cinayətkar" adlandırılıb. Doğrudur, bunu jurnalistə irad tutmaq mümkün deyil; yanvarın 10-da məhkəmə Donald Trampa qarşı ittiham üzrə qərar çıxarıb. Tramp hıbs və ya cərimə edilməyib. Ancaq onun cinayət törətdiyi barədə məhkəmə hökm çıxarıb. Ona görə qəzet onu "cinayətkar" adlandırıb.
Ancaq Dinald Tramp özü bu qərarı siyasi sifariş hesab edir. Hələ ehtimal da var ki, yuxarı instansiya məhkəməsi bu höknü ləğv edə bilər.
NYT Trampın hökmə münasibətini belə şırh edib: "Yeni seçilmiş Donald Tramp uzun illər ona çalışıb ki, öz əleyhinə qaldırılmış bütün cinayət və mülki işləri siyasi motivli adlandıraraq gözdən salsın və bununla razılaşan xeyli Amerikalı tapıb"
Bu, maraqlı bir paradoks yaradıb; Cozef Bayden administrasiyası, Dövlət Departamenti başqa ölkələrdə məhkəmələrin qərarlarını "siyasi sifariş", həbs olunanları isə "siyasi məhbus" sayıb. Bu siyasət davam edir.
Eyni yanaşma Azərbaycanda həbs olunan bir çox məhbuslara aid edilib. Amma eyni şey Amerikanın özündə olanda - müttəhim məhkəmənin qərarını "siyasi sifariş" adlandıranda bu, NYT nəşrində məhkəməni, məhkəmə işlərini gözdən salmaq adlandırılıb. Bu da daha bir ikili yanaşma nümunəsi kimi tarixə düşdü.
S.Əhmədli,
Bizimyol.info