Lyuk Koffi: İran-Azərbaycan münasibətlərinin son illərdə olduğu kimi irəliləyəcəyini düşünürəm

Bu gün, 10:54           
Lyuk Koffi: İran-Azərbaycan münasibətlərinin son illərdə olduğu kimi irəliləyəcəyini düşünürəm
Dekabrın sonunda Ərdəbil şəhərində təşkil olunan bir tədbirdə Azərbaycan və Türkiyə liderlərinə qarşı çıxışlar səsləndirilib. Bunun ardınca İranin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili yanvarın 1-də Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. İranın xarici işlər nazirinin köməkçisi isə buna münasibət bildirərək, İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsinin Azərbaycana qarşı dediklərinin İran hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Azərbaycan prezidenti İlham Əliyev isə yanvarın 7-də yerli televiziyalara müsahibəsində həmin tədbirdə səsləndirilən fikirləri qəbuledilməz adlandırıb. Biz İranla Azərbaycan arasında yaşanan bu son gərginliyi və Azərbaycan-İran münasibətlərini Hadson İnstitutunun eksperti Lyuk Koffi ilə müzakirə etmişik.

Amerikanın Səsi: Cənab Koffi, Ərdəbildə İranın ali rəhbəri Əli Xameneyinin nümayəndəsinin iştirakı ilə keçirilən dini tədbirdə səsləndirilən fikirlər səbəbindən Azərbaycan və İran arasında diplomatik gərginlik yaranıb. Vəziyyəti necə qiymətləndirirsiniz və İranda dini mərasimdə Azərbaycan və Türkiyə liderlərinə qarşı qəzəbin səbəbini izah edə bilərsinizmi?

Lyuk Koffi: Bu, Azərbaycan və İran arasında çoxdandır mövcud olan mürəkkəb münasibətlərin son nümunəsidir. Bir çox Qərb siyasətçisi və analitiki bu iki dövlət arasında mövcud olan ədavət səviyyəsini dərk etmir, çünki üzdə hər şey qaydasında görünür. Amma dərində bilirik ki, münasibətlər çox çətindir və bu yaxınlarda Bakını məyus edən sözlər də bunun son nümunəsidir. İranda bu cür sözlərin işlədilməsinin səbəbi isə məncə odur ki, bəlkə də, İranda Azərbaycana qarşı çoxlu mənfi hisslər var, çünki Azərbaycan İrandakı rejimin qarşı olduğu hər şeyi təmsil edir. O, müsəlman, şiə coxluğu olan bir ölkədir, amma eyni zamanda da tolerant bir ölkədir. Həm də çox sekulyar bir ölkədir və mən düşünürəm ki, bu, Tehhranda çoxlarının xoşuna gəlmir və bəzi hallarda onlar bundan hətta qorxurlar.

Amerikanın Səsi: Azərbaycan rəsmiləri insidentə güclü reaksiya verib və İranın müvəqqəti işlər vəkilini xarici işlər nazirliyinə çağırıb. İranın Xarici İşlər nazirinin köməkçisi isə buna cavab olaraq deyib ki, İranın ali rəhbərinin nümayəndəsinin söylədikləri İran hökumətinin mövqeyini əks etdirimir. Buna münasibətinzi nədir?

Lyuk Koffi: Birincisi, İran iyerarxik bir cəmiyyət, iyerxarxik bir hökumətdir. Ona görə də, ali ruhani liderin təyin etdiyi bir rəsmi nə isə deyəndə, bu, açıq şəkildə olmasa da, ən azı dolayısı ilə ali rəhbər tərəfindən dəstəklənir. Yəni, məncə Azərbaycanda çoxları Tehranın indi irəli sürdüyü bəhanələrə inanmayacaq. Amma eyni zamanda mən düşünürəm ki, İran hazırda çətin vəziyyətd olduğunu dərk edir və qonşuları ilə çox problemlər yaratmaq istəmir.

Prezident Trampın bir neçə gün sonra Ağ Evə geri qayadacağı bir vaxtda, İran bilir ki, yeni dalğa təzyiqlə - iqtisadi təzyiq, təhlükəslzilik təzyiqi, hərbi təzyiq - ilə üzləşəcək. İranın beynəlxalq səhnədəki ən böyük dəstəkçilərindən biri Rusiya Ukraya ilə çox problem yaşayır və yenicə Suriyanı itirib. İran da Suriyadakı maraqlarının çoxunu itirib. Ona görə də, çox güman ki, Tehran qonşuları ilə, xüsusilə də Azərbaycanla qarşıdurmadan yayınmaq istəyir, Türkiyə ilə olan yaxın əlaqəsi səbəbilə. Buna görə də mən güman edirəm ki, İran hazırda vəziyyətlə bağlı geri addım atır.

Amerikanın Səsi: Prezident İlham Əlaiyev bu yaxınlarda İrandan rəsmi üzrxahlıq tələb edib. Siz İran rəsmilərinin Azərbaycanın bu son insidentlə bağlı tələbinə cavab vermək ehtimalını necə dəyərləndirirsiniz?

Lyuk Koffi: Məncə bunu tələb etmək çox məntiqlidir və mən düşünürəm ki, Azərbaycan hazırda üzrxahlıq istəməkdə haqlıdır və məncə İran üçün də üzr istəmək şərəfli bir addım olardı. Günün sonunda, Azərbaycan və İran qonşudurlar. Bəli, onların dərində çoxlu problemləri var, amma onlar bun geridə qoya bilərlər - Əgər İran doğru olanı etsə, vəziyyətə görə məsuliyyəti üzərinə götürsə və bu sözlərin işlənməməli olduğunu qəbul etsə. Və onlar üzr istəməlidirlər.

Amerikanın Səsi: Sizin fikrinizcə, İran-Azərbaycan əlaqələrinin perspektivi nədir və bundan sonra münasibətlərin necə irəliləyəcəyini düşünürsünüz?

Lyuk Koffi: Mən vəziyyətin son illərdə olduğu kimi iləriləyəcəyini düşünürəm. Üzdə, hər iki tərəf ən azından ictimai şəkildə sanki hər şeyin yaxşı olduğu kimi hərəkət edəcək. Amma pərdə arxasında və dərində gərginliklər davam edəcək. Və bu, sadəcə tarixi bir faktıdır. Bu, geosiyasət faktıdır. Bu, hər tərəfin asanlıqla öhdəsindən gələ biləcəyi bir şey deyil. Bu, çox uzun müddətdir ki, belədir və ona görə də mən hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan və İran arasında hər şey olduğu kimi qalacaq. Vəziyyətin bir qədər dəyişə biləcək yeganə cəhəti İran tərəfindədir, çünki dediyim kimi, prezident Trampın vəzifəyə gəlməsi ilə iranlılar bütün qonşuları ilə yaxşı münasibətlər qurmaq üçün əllərindən gələni etməyə çalışa bilərlər, çünki onlar çox təzyiqlə üzləşəcəklərini bilirlər.

Amerikanın Səsi: Suriyada Bəşər Əsədin devrilməsi İranın regiondakı geosiyasi ambisiyalarına necə təsir göstərəcək?

Lyuk Koffi: İndi onlar başa dönüb, özlərini bölgənin qalan hissəsinə, belə desək, necə ixrac edəcəklərinin yolunu tapmalıdırlar. Suriya onların Levantdakı maraqlarını və nüfuzlarını maksimum dərəcədə artırmaları üçün əsas dayaq yeri idi.Hizbullah da artıq dağılıb, ya da dağılmaq prosesindədir və bu, İranın təsir və güc tətbiq etmək qabiliyyətinə təsir edir. Eyni zamanda da Prezident Tramp geri qayıdır. Yəni bu, Tehran üçün çox vacib bir vaxtdır və onlar irəliyə doğru ən yaxşı addımların nə olacağını diqqətli bir şəkildə nəzərdən keçirməlidirlər. İran regionda məsuliyyətli bir qonşu kimi davranmağa başlayacaqmı, yoxsa aqressiya və bədniyyətli təsir yolunda davam edəcəkmi? O, böyük qərar verməli olacaq və gəlin ümid edək ki, o doğru qərarı verərək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.