Bakıda evdən çürümüş meyit tapılıb

12-01-2025, 08:18           
Bakıda evdən çürümüş meyit tapılıb
Bakıda evdən çürümüş meyit tapılıb.

TEREF Lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Mənzil sahibini uzun müddətdir görməyən və pis qoxu hiss edən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Xilasedicilərin müdaxiləsi ilə mənzilin qapısı açılıb. Bağlı qapı arxasından ev sahibi, 70 yaşlı Cəsarət Səddar oğlu Əliyevin meyiti aşkar edilib. Meyitin üzərində çürümə əlamətləri müşahidə olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru