Qərb Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə başlayacaq

12-01-2025, 08:35           
Qərb Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə başlayacaq
Avropa Komissiyası Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzrə məsləhətləşmələrə yanvarın 14-də başlayacaq.

“Report” xəbər verir ki, bu barədə RMF FM radiostansiyası Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, Avropa İttifaqına sədrlik edən Polşa Rusiya-Ukrayna münaqişəsinin başlanmasının üçüncü ildönümündə - fevralın 24-də yeni məhdudiyyətlər paketi qəbul etməyi planlaşdırır.

Məsləhətləşmələr çərçivəsində Aİ səfirləri 16-cı sanksiyalar paketi ilə bağlı təklif və narahatlıqlarını çatdıracaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru