Anastas Mikoyan Katın qırğınında günahkardırmı? - Məşhur erməninin etirafları...

19-09-2019, 00:07           
Anastas Mikoyan Katın qırğınında günahkardırmı? - Məşhur erməninin etirafları...
Ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edirik.

Əvvəlini buradan oxuya bilərsiniz: https://www.moderator.az/news/288484.html

Avropa İnsan Hüquqları Məhkəməsi Katın qırğınında Anastas Mikoyanı günahkar bildi. Etnoqraf Gayane Şagoyanın fikrincə, Anastas Mikoyanın bu həqiqi sənədlərin sayəsində cinayətkar kimi müəyyən edilməsi bütün ermənilər üçün utanc idi.

Bu cinayətə görə kim mühakimə olunacaqdı? Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Yanoviç və başqaları Rusiyaya qarşı” qovluğundakı sənədlər göstərir ki, Mikoyan II Dünya Müharibəsi zamanı 14 min700 Polşalı hərbi əsirin, Ukrayna və Belarsun qərb hissəsində həbs edilmiş 11 min nəfərin öldürülməsi qərarını imzaladığını sübut edir. Cinayət işi AİHM tərəfindən 19 noyabr 2007-ci il və 24 may 2009-cu ildə, 19 Polşa vətəndaşının müraciəti və Rusiya Federasiyasının şikayətləri əsasında İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasının 34-cü maddəsinə ("Konvensiya") uyğun olaraq Məhkəmə tərəfindən araşdırılıb.

Təqdim edilən səndələrdə 17 sentyabr 1939-cu ildə Qızıl ordunun İkinci dünya müharibəsi zamanı Polşa ərazisinə girəndə Polşa ordusunun Polşanın şərq hissəsində yaşayan ukraynalıları və belarusları qorumaq üçün heç bir silahlı müqavimət göstərmədiyi ortaya çıxıb.

SSRİ bölgəyə nəzarəti ələ keçirərək işğal edib və 1939-cu ilin noyabrında Polşanın 13,5 milyon vətəndaşını Sovet İttifaqının vətəndaşı elan etdi. Qızıl ordunun irəliləməsi nəticəsində, təxminən 250 min Polşa əsgəri, sərhəd gözətçisi, polis və digər zabitlər tutularaq həbs olunub.

Bundan əlavə, AİHM işində Sovet kəşfiyyatının rəhbəri Beriyanın SSRİ Kommunist Partiyasının baş katibi Stalinə verdiyi sənədə rast gəlirik. Təklif olunan təklifdə, Polşalı əsirlərinin “sovet əleyhinə təbliğat apardıqlarına” və "sovet hökumətinə nifrət edən düşmənlər” olduqlarına görə güllələnmələri tələb olunub.

Təklifə həbs düşərgələrində olan 14 min 736 keçmiş əsgər və polis əməkdaşının adı daxil edilmişdi. Bunların 97% -i polyak idi. 10.655 polyak isə Ukrayna və Belarusiyanın Qərb düşərgələrində yerləşmişdilər. Təklif Stalin, K.Voroşvilov, A.Mikoyan, V.Molotov, M.Kalinin və L.Kaqanoviçin də iştirak etdiyi toplantıda müzakirə edilib və hamısının öldürülməsinə qərar verilib. Qərarın altında bu şəxslərin imzası var.

Əsir düşərgələrində olan 14,700 nəfər (keçmiş Polşa Ordusunun əsgərləri, məmurlar, torpaq mülkiyyətçiləri, polislər, xüsusi xidmət işçiləri, qala mühafizəçiləri və s.) həbs olunmalıydı. 11,700 nəfər üçün yeni araşdırmalar aparılacaq və nəticədə edam ediləcəklərdi.

Bu faciə tarixdə “Katın qırğını” kimi tanınır . Cinayət “Katın meşəsi” olaraq bilinən bir yerdə baş verdiyinə görə, “Katın qırğını” adlanır.
Daha maraqlısı, 1942-1943-cü illərin sənədlərinə 12 məhkəmə ekspertindən ibarət bir komissiyanın hesabatı da daxil edilmişdi. Bu hesabat qətliama görə Sovet hakimiyyətinin məsuliyyət daşıdığını sübut edir. Lakin bununla bağlı Rusiya Federasiyasından verilən açıqlamada, "Katın qırğınının məsuliyyəti uzun müddət Faşist Almaniyasının üzərinə atılıb. Ancaq araşdırmalar nəticəsində bu fəlakətin günahkarının Stalin rejimi ortaya çıxdı", - deyilir.

Daha əvvəl qeyd etdiyimiz kimi, Anastas Mikoyan bu qətliam qərarını imzalayanlardan biridir. Dosyenin materialları göstərir ki, bir tərəfdən Sovet hakimiyyəti bu faktları qəbul edir, digər tərəfdən isə onları itirilmiş sənədlərin siyahısına daxil edir. Katın hadisəsində Mikoyanın əlinin olması açıq-aşkar görünür. Polşalı müstəqil hüquqşünaslar da bununla bağlı araşdırma aparıblar. İrəvanda Anastas Mikoyana heykəl qoyulması qərarına ilk etiraz da Polşadan gəlib.

Ardı var...
Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.