Yeni araşdırma: "Ağıllı" telefonlar həyatımızı məhv edir

20-09-2019, 00:00           
 Yeni araşdırma: "Ağıllı" telefonlar həyatımızı məhv edir
Aparılan yeni araşdırmaya görə, gündəlik istifadə etdiyimiz ağıllı telefonlar həyatımıza çox təsir edir.

Texnologiyanın inkişaf etməsiylə demək olar ki, hər kəs artıq ağıllı telefon sahibi olub. Ağıllı telefonlara marağı görən istehsalçılar isə davamlı olaraq yeni model telefonlar təklif edir, texnologiya sahəsində müxtəlifliyi artırmağa çalışırlar. Bəs daha çox sosial media üçün istifadə etdiyimiz ağıllı telefonlar həyatımıza necə təsir edir?

Queensland Texnologiya Universitetinin apardığı yeni araşdırmaya görə, bu sualın cavabı heç də ürəkaçan deyil. 700 min ağıllı telefon istifadəçisiylə aparılan araşdırmada son 14 il ərzində bir sıra problemlərin göstəricilərində kəskin artım müşahidə edilib.

Araşdırmaçılar 2005-ci ildə keçirdikləri sorğunun nəticələrini hazırki nəticələrlə qarşılaşdırıblar. Əldə edilən nəticələr isə problemlərin nə qədər böyük olduğunu göstərib. Beləliklə;

2005-ci ildə telefona görə yuxu problemi yaşayan istifadəçilər 5 faiz idisə, bu gün onlar 31,3 faizə yüksəlib.
2005-ci ildə məhsuldarlıq qabiliyyəti 2,3 faiz azalmışdısa, 2019-cu ildə bu, 26,6 faiz olub.
Göstəricilərdən məlum olur ki, ağıllı telefonların 14 ildə səbəb olduğu artım qarşıdakı illərdə də davam edəcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.