Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...

17-11-2019, 13:45           
Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...
Autofagiya yunan dilindən "öz özünü yeməkdir”.

Bu proses insan orqanizmində hüceyrə səviyyəsində utilizasiyasının aparılmasıdır. Hüceyrə membranında olan orqanell və makromolekullar zaman keçdikcə hüceyrəni öldürür, insanı qocaldır, hüceyrəni dəyişərək şiş hüceyrələrinə yem edir.

Autofagiya zamanı hüceyrə ac qaldığından şətin şəraitə uyğun proqram işə salınır və özündə olan bu makromolekulları tükətməyə başlayır. Autofagiya prosesi hüceyrədə olan zədələnmiş zülal aqreqatorları məhv etmək üçün lazımdır.

2016-cı ildə Nobel mükafatı laureatı yapon alim Yesinori Osumi autofagiyanı maya hüceyrələri üzərində tədqiq etməyə başlayır.


27 ildir ki, alim autofagiyanın insan sağlamlığı və ömrünə təsirini öyrənir. O, sübut edib ki, hüceyrələr hansısa proqram vasitəsilə öz daxilini təmizləyir, lazımsız molekulları ləğv edir.
Hüceyrə daxilində olan bu artıq zibillərə lizosom deyilir. Autofaqosomlar ilə onları daşıyan xüsusi "araba” rolunu oynayan fraqmentlərdir.

Elmi tədqiqatlar gedişində sübut olunub ki, hüceyrələr təkcə kənardan daxil olan yeməklə qidalanmır. İnsan ac qalsa, az yesə, lazımi qədər zülal və protein qəbul etməsə də hüceyrə hardansa bu zülal materialı tapır. İnsana gün ərzində 300 qr protein lazımdır, amma yeməklə maksimum 70 qram protein daxil olur. Bəs hüceyrə tikinti materialı üçün qalan miqdarı hardan tapır? Bu zülalı hüceyrələr öz daxillərində olan lazımsız zülalları işlədərək alır.

Məhz bu gedişatı yapon alim birhüceyrəli maya göbələyi üzərində kəşf edib.

Mikroskop altında göbələk hüceyrəsinin böyüməsini, bölünməsini izləyir. Bir neçə saatdan bir Osumi hüceyrələrin dəyişiminin fotosunu çəkirdi. O, müşahidə etdi ki, əgər hüceyrələr kənardan lazımi qədər qida alırsa, vizual olaraq onlarda heç bir dəyişiklik baş vermirdi. Əksinə, maya göbələyinə az qida verildikdə, hüceyrələrin ətrafını autofaqosomlar əhatəyə alırdı və özünü yemə başlayırdı. Ac qalan hüceyrələri yedirtmək üçün birinci mövcud olan zülal ehtiyatı istifadə olunur.

Beləliklə, Autofagiyanın hüceyrəni dərindən təmizləyən təbii proses olduğu məlum oldu.

Burdan da qaynaqlanaraq ayda 3 gün, ildə 1 həftə ac qalaraq Autofagiya prosesini işə salmağın orqanizmə faydaları barədə əlavə araşdırmalar başlanıldı.
Öz özünü yeməyin bir çox əks təsirləri də var. İnsan günlərlələ, aylarla ac qala bilməz. Yoxsa hüceyrələri məhv olar.

Autofagiya və xərçəng

Ac qalaraq hüceyrələrin öz tullantılarını yeməsi sağlam hüceyrələr üçün faydalıdır. Amma digər tərəfdən şiş hüceyrələri ac qalarsa onlar ölmür, əksinə öz energetik ehtiyatlarını sərf edərək qidalanır və daha da güclənirlər.

Ona görə şiş hüceyrələrində autofagiya prosesini saxlamaqla,pozmaqla o hüceyrələrin resurslarını tam tükədib, inkişafını saxlamaq olar.

Amma sağlam hüceyrələrdə autofagiyanı saxlamaq olmaz. Onun köməyi ilə hüceyrə potensial təhlükəli komponentlərdən xilas olur.

Əgər hüceyrədə bir orqanoid düzgün işləmirsə, zülallar düzgün struktura malik deyilsə, autofaqosomlar onları məhv edir.

Bəs hansı xəstəliklərdə autofagiya effektivdir.

Daha uzun ömür sürən hüceyrələrdə , sinir hüceyrələrində bu proses çox vacibdir. Neyrodegenerativ xəstəliklərdə, Parkinson, Alsgeymer, Hantinqtin xəstəliklərində autofaqlar düzgün olmayan proteinləri sinir hüceyrələrindən çıxarır.

Əgər azutofafiya prosesi dayanarsa, pozularsa insan vaxtından əvvəl qocalar, intoksikasiya baş verər, orqanizm öz özünü zəhərləyər, müxtəlif xəstəliklər sürətlə yaranar.

Autofagiyanı necə aktivləşdirməli?

1-ci metod : Həftədə 1 sutka sudan başqa heç nə qəbul etməmək
2-cı metod: səhər tezdən idman, məşq etmək, acqarına qaçış autofagiyanı işə salaraq, ac hüceyrələri öz-özlərini yeməyə məcbur edir.

Bir daha qeyd edirik ki, bu metodun xərçəng xəstələrində faydası sübut olunmayıb. İstər hər hansı xoş, istər bəd şişi olan insanlar çox ac qaldıqda həmin şişlər daha da böyüyə bilər. (medicina.az)
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.