Rusiya səfiri Britaniya XİN-ə çağırıldı

Bu gün, 08:24           
Rusiya səfiri Britaniya XİN-ə çağırıldı
Böyük Britaniya Rusiyanın NATO hava məkanını pozmasına cavab olaraq bu ölkənin Londondakı səfiri Andrey Kelini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

Publika.az xəbər verir ki, Britaniya XİN səfirə ötən həftə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa üzərində, daha sonra isə şənbə günü Rumıniya hava məkanına daxil olmasının tamamilə qəbuledilməz olduğunu deyib.

“Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO müttəfiqləri ilə birlikdə bu məsuliyyətsiz addımları qəti şəkildə pisləyir. Ukraynanın müdafiəsi Avropanın, o cümlədən Birləşmiş Krallığın təhlükəsizliyi üçün həlledicidir”, – deyə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru