"Nani Georgian House" Restoranda yeməyin içindən tük çıxdı - Vətəndaş şikayəti
Bu gün, 09:18
Sosial şəbəkələrdə yayılan məlumata görə, AZURE Ticarət Mərkəzində yerləşən "Nani Georgian House" restoranında xoşagəlməz vəziyyət yaşanıb.
32gun.az xəbər verir ki, iddialara görə, müştərinin sifariş etdiyi yeməyin içindən tük çıxıb. Vətəndaş bildirir ki, hadisədən iyrəndikləri üçün şəkil belə çəkməyiblər. Onların sözlərinə görə, restoran əməkdaşları üzrxahlıq etməyib, əksinə yeməyin pulunu da alıblar.
Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı rəhbərliyin çağırılmasını istəsələr də, onlara “rəhbərlik hazırda burada deyil, 1 saatdan sonra gəlin” cavabı verilib.