Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib

Bu gün, 08:44           
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransı Maldiv adalarının təşkilata üzv dövlətlərə qoşulmasını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə agentliyin "X" sosial şəbəkə hesabında məlumat verilib.

"BAEA-nın Baş Konfransı Maldiv adalarını qurumun yeni üzv dövləti kimi təsdiqləyib. Bundan sonra Maldiv adalarının Cenevrədə BMT yanındakı Daimi Nümayəndəliyindən Salma Rəşid Baş Assambleyada çıxış edib. Maldiv adalarını təbrik edir və BAEA ailəsində salamlayırıq!" - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru