Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu

Bu gün, 08:36           
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında ciddi narazılıq yaşanır. Məlumatlı mənbələrdən Editor.az –a daxil olan informasiyaya görə, qurumda ondan artıq əməkdaşın işdən çıxarılması barədə qərar qəbul edilib.

Məlumata görə, ittifaqın sədri Araz Paşayevin göstərişi ilə 10 nəfərdən çox işçi ilə oktyabrın 1-dən etibarən əmək müqaviləsinə xitam veriləcək .

Rəsmi olaraq bu addım “ixtisar” kimi təqdim edilsə də, əslində yeni əməkdaşların işə götürülməsi prosesi aparılır.

İddialara görə, çalışqan, ancaq himayədarı olmayan əməkdaşlar heç bir əsaslandırma olmadan işdən azad olunsa da, bacarığı olmayan, ancaq vəzifəli şəxslərə yaxın insanlar vəzifədə saxlanılır.

Mənbələr bildirir ki, bu qərar həmkarlar ittifaqı daxilində ciddi narazılıq yaradıb və yaxın günlərdə ölkə rəhbərliyinə rəsmi müraciət olunması gözlənilir.

Editor.az iddialarla bağlı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına informasiya sorğusu ilə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru