“Süper yaşlı” ölkə: Paytaxtdakı evlərin 40 faizində tək adam yaşayır

Bu gün, 09:14           
“Süper yaşlı” ölkə:
Cənubi Koreya Statistika Qurumunun məlumatına görə paytaxt Seuldakı 1 milyon 660 min mənzildə tək adam yaşayır. Yəni evlərin təxminən 40 faizində insanlar təkbaşına yaşamağı seçir.

Sherg.az xəbər verir ki, “The Korea Herald” qəzetinin xəbərinə əsasən, Cənubi Koreya Statistika Qurumunun illik əhali məlumatlarından ötən il paytaxtdakı mənzillərdə yaşayanlara dair hesabat hazırlanıb.

Digər tərəfdən Seuldakı evlərin 26,2 faizində iki nəfər, 12,3 faizində isə dörd nəfərin yaşadığı müəyyən edilib.
Hesabatda “süper yaşlı” ölkəyə çevrilən Cənubi Koreyanın paytaxtında ən az bir 65 yaş və yuxarı şəxsin yaşadığı evlərin 30 faizi keçdiyi vurğulanıb.

Evlilik göstəricilərinə də baxılıb: Seulda 2023-cü ildə 36 min 324 nikah qeydə alınıbsa, 2024-də bu rəqəm 42 min 471-ə çataraq əvvəlki illə müqayisədə 16,9 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru