Nə əvvəlini unut,nə də sonunu...

Bu gün, 09:04           
Nə əvvəlini unut,nə də sonunu...
Məşhur türk basketbolçusu Hidayət Türkoğlu həyat yoldaşıyla birlikdə şəhərə gəzməyə çıxıbmış.
Sultanəhmət, Topkapı Saraynıı, Gülhanə Parkını,muzeyi gəzdikdən sonra Ayasofiyanın yanına gəlirlər. Basketbolçu birdən dayanır. Qışqıra-qışqıra simit satan uşaq onun diqqətini cəlb edir. Simit satana yaxınlaşır:
— Simitin necəyədir?
Uşaq qiymətini deyir.
— Dəzgahda neçə simit var?
- 70-80 simit olar.
— Hamısını alsam, neçə edər?
Uşaq hesablayıb qiymətini deyir.
Basketbolçu, uşağın dediyi məbləği ödəyərək deyir:
- Hesab elə ki,simitlərin hamısını aldım.
— Sağ ol abi… sağ ol…
Üç- beş addım getmişdilər ki, yoldaşı Hidayətə:
— Hidayət, sən dəlisənmi?
— Yox!
— Yaxşı yemədiyimiz simitlərin pulunu niyə verdin?
— Boşver, soruşma.
— Yox,mən bilmək istəyirəm- deyə yoldaşı təkid edir
— Elə isə söyləyim.Taxtanın kənarı diqqətini çəkdimi?
— Yox.
— Baxsaydin görəcəkdin. Taxtaya bir ad yazılmışdı.
— Necə bir ad?
— Hidayət!
— Yoxsa?
— Bəli, o dəzgah əvvəllər mənim idi.
(Hikmət Akademiyası)
Tacxeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru