Abbasqulu ağa Bakıxanov Peterburqda olarkən imperator Nikolay onu ziyafətə dəvət edir. Bakıxanovun spirtli içki qəbul etmədiyini bilib ona şərab içirtməyi qət edirlər. Şərab dolu qədəhi görən Abbasqulu aga çıxılmaz vəziyyətdən çıxış yolu tapır: - Əlahəzrət, siz deyirsiniz ki, bu qədəhi içim. Amma Allahım mənə buyurur ki, içməyim. İndi hansınıza qulaq asım? Çar cavab verir: - Əlbəttə ki, Allaha... Anar Tağıyev TEREF