Dünyada ən yaxşı antivirus hansıdır?

28-02-2016, 19:28           

MRG Effitas", "AV-TEST", "AV-Comparatives" və "Dennis Technology" adlı müstəqil laboratoriyalar müxtəlif antivirus proqramlarını sınaqdan keçirərək "TOP-3" adlı reytinqi tərtib ediblər. Ev, mobil və korporativ qurğular üçün 100 təhlükəsizlik sistemləri tədarükçüsü sınaqdan keçib.

Fins.az "ICTnews"-a istinadən xəbər verir ki, sınaq zamanı antivirus proqramlarının məlum olan və yeni təhdidlərin aşkar edilməsi, mobil qurğuların təhlükəsizliyinin təmini, uşaqlar üçün təhdidlərin bloklanması və fişinqdən müdafiə üzrə effektivliyi qiymətləndirilir.

2015-ci ildə keçirilmiş 94 sınağın nəticəsinə görə, "Kasperski Laboratoriyası"nın həlli ən yaxşı antivirus elan edilib. Şirkətin məhsulu 82% halda başqa tədarükçülərin nəticəsini ötüb. 60 sınaqda "Kasperski Laboratoriyası" birinci pillədə qərarlaşıb. Rumıniyanın "BitDefender" şirkəti ikinci, Slovakiyanın "ESET" şirkəti isə üçüncü olub.
teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.