“Adımı bu verilişdə çəkməyin, şəklimi də göstərməyin” Tarix: Bu gün, 12:31 | Çap et

26-04-2024, 16:38           
“Adımı bu verilişdə çəkməyin, şəklimi də göstərməyin” Tarix: Bu gün, 12:31 | Çap et
Müğənni Türkan Vəlizadə ilə aparıcı Zaur Nəbioğlu arasında efirdə gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, sənətçi ilə aparıcı “Rəngarəng səhər” verilişində “kəllə-kəlləyə” gəlib.

Buna səbəb isə hər efirdə Zaurun Türkanın adını çəkməsi olub. Vəlizadə Nəbioğluna canlı yayımda etirazını bildirib:

“Niyə hər dəfə eyni müğənnilərin adlarını sizin verilişə gələn qonaqlar üçün çəkirsiniz? Bura gələn müğənnilərin mahnılarından, gördüyü işlərdən, konsert edib-etməyəcəyi haqda sual verib, danışın. Hər dəfə bizim adımızı çəkmək nəyə lazımdır? Sanki müğənnilər göydən düşüb, zənbillə gəliblər. Hər kəs öz işini görür və çörəyini qazanır. Bizim nəyimizə lazımdır ki, sən aparıcı olaraq öz yaşıdlarımız haqqında bizə sual verəsən. Sən bizə Xalq artistləri haqda suallar ver. Soruş ki, misal üçün, sizə hansı Xalq artisti dəstək durur? Hər dəfə eyni nəslin ifaçılarının adlarını çəkirsiniz. Bu mövzuda isə hamı mənimlə mənə elə gəlir ki, razılaşar. Mənim adımı bu verilişdə çəkməyin, şəklimi göstərməyin. Etməyin də, ay qardaş, mən istəmirəm”.

Aparıcı isə müğənninin bu fikirlərinə belə münasibət bildirib:

“Haqlısan, biz hər efir sizin adlarınızı çəkirik. Buna da bəlli səbəblər var. Çünki siz gündəmdəsiniz. Biz də gündəmdə olan ifaçıların adlarını çəkib, müzakirə edirik. Buna jurnalist kimi haqqımız çatır. Bu verilişdə adları çox çəkilən müğənnilərin başında ilk duran ad Türkan Vəlizadədir. Bizim efirimizə gələn digər müğənnilər bizi qınayırlar ki, siz bu beş müğənnidən nə istəyirsiniz? Yalnız onları reklam edirsiniz, onlardan danışırsınız, qonaqlara yalnız onlardan sual verirsiniz.

Onlar sizə ödəniş ediblər ki, yalnız onlardan danışıb, reklam edirsiniz? Mən hər zaman isə sizi müdafiə etdiyim üçün çox zaman məni qınayırlar. Mənə sizin vəkiliniz olduğumu deyirlər. Bu gün siz gündəmdə olduğunuz üçün sizdən danışırıq. Əgər sabah gündəmdə olmayacaqsınızsa, biz başqa ifaçılardan danışacayıq”.

Bu mövzuya isə Türkan “Sən icazə verməməlisən ki, kimsə sənə zəng edib haqqımda mənfi bir şey desin. Əksinə sən gərək, ört-bastır edib, icazə verməməlisən ki, həmin insan haqqımda pis danışsın. Çünki biz səninlə dostuq” fikirləri ilə nöqtə qoymağa çalışıb.

Qeyd edək ki, müğənni Mətanət Əsədova sözügedən proqramda qonaq olarkən Zaur Nəbioğlunun tez-tez adıçəkilən ifaçılar haqda ona sual verməsinə qəzəblənib və onlardan danışmaqdan imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.