Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA + VİDEO

26-04-2024, 15:35           
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA + VİDEO
Daxili orqanların pul müqabilində satışa çıxarılması ilə bağlı elanlara rast gəlinir: “Bir böyrəyimi 70 min manata satıram”, “Ödəniş qarşılığında qaraciyər və ilik donoru oluram. Qiymət qarşılıqlı razılıq əsasında” və sair...

Xezerxeber.az-ın məlumatına görə, son zamanlar küçələrdə və sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyənlərin bu cür elanlarına tez-tez rast gəlinir.

Sözügedən elanlarda böyrək, qaraciyər, ilik, qan satışı ilə bağlı məlumatlar qeyd olunur.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquq məsləhətçisi Lalə İbrahimzadə bildirib ki, ölkəmizdə orqan və toxumaların transplantasiyası qanunvericiliklə tənzimlənir. Buna əməl etməyənlər qanun qarşısında məsuliyyət daşıyırlar.
Qanunvericiliyə görə, insanın daxili orqanı satıla bilməz.

Daxili İşlər Nazirliyindən (DİN) isə verilən məlumata görə, bu cür elanlarla bağlı nazirlik tərəfindən araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru