23 illik həbs cəzasına məhkum edilən sabiq Hollivud prodüseri azadlığa buraxılacaq?

26-04-2024, 16:24           
23 illik həbs cəzasına məhkum edilən sabiq Hollivud prodüseri azadlığa buraxılacaq?
ABŞ-nin Nyu-York ştatının ali məhkəməsi Hollivud prodüseri Harvi Vaynşteyni cinsi zorakılıqda təqsirli bilən aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.

Qeyd olunur ki, onun 23 il həbs cəzası ləğv edilib.

Vaynşteynin apellyasiya şikayətinə baxan məhkəmə 2020-ci ildə səs-küylü mühakimə zamanı ciddi qanun pozuntularına yol verildiyi barədə qərar verib. Xüsusilə, ali məhkəmə qadınların işin tərkib hissəsi olmayan ittihamlarla ifadə verməyə icazə verilməsi barədə qərarının qəbuledilməz olduğunu bildirib.
Xatırladaq ki, 2020-ci ilin fevral ayında Harvi Vaynşteyn 2013-cü ildə iki zorlama və 2006-cı ildə cinsi zorakılıq ittihamı ilə 23 il həbs cəzasına məhkum edilib. 2023-cü ilin fevralında keçmiş kinoprodüser 2013-cü ildə Los-Ancelesdən olan aktrisa Ceyn Douya təcavüzə görə əlavə 16 il həbs cəzasına məhkum edilib. Buna görə də, Vaynşteyn ilk hökmünə yenidən baxış keçiriləcəyinə rəğmən həbsdə qalır.

Mənbə: apnews.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.