SİLSİLƏ OĞURLUQ EDƏN ƏVVƏLLƏR MƏHKUM OLUNMUŞ ŞƏXSLƏR SAXLANILIB

19-03-2019, 10:18           
SİLSİLƏ OĞURLUQ EDƏN ƏVVƏLLƏR MƏHKUM OLUNMUŞ ŞƏXSLƏR SAXLANILIB
Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olmuşdur. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2 nəfər Məhəmməd Mamayev və Nazar Həsənzadə saxlanılıb. Ətraflarında aparılan araşdırmalarla saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların kənd ərazisində digər fındıq sexindən 100 kiloqram fındıq ləpəsi, kənd sakininə məxsus “VAZ-2106” markalı avtomobildən videoqeydiyyat qurğusu və pul, həmçinin cari ilin fevral-mart ayları ərzində paytaxtın Binəqədi rayonu ərazisindən 3 “VAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.