Göyçay sakini narkotiklə saxlanılıb

7-06-2019, 12:37           
Göyçay sakini narkotiklə saxlanılıb
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az - a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Çayarxı kənd sakini 30 yaşlı Rafiq Yusifov saxlanılıb. Onun su kanalına yaxın ərazidə əkdiyi 8 ədəd çətənə bitkisi və həmin narkotik tərkibli bitkilərin arasında gizlətdiyi 1 ədəd sellofan torbada ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.